Şirkətimizin davamlı təkmilləşdirilməsi keyfiyyət menecmenti, ətraf mühit və əməyin mühafizəsi sahəsində fəaliyyətimizin əsas istiqamətləri üzrə ISO 9001-2008, ISO 14001-2004 və ISO 18001-2007 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir.
2017-ci ildə şirkət ISO 9001:2015, ISO 14001:2015, 2020-ci ildə isə ISO 45001:2018 Beynəlxalq standartlarının yeni versiyalarına keçidlə əlaqədar Keyfiyyət Menecmenti və Ətraf mühitin mühafizəsi menecment sistemlərində müvafiq dəyişikliklər aparıldı və həmin illərdə beynəlxalq sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırıldı.
2018-ci ildən etibarən şirkət keyfiyyət menecmenti, ətraf mühit və əməyin mühafizəsi üzrə menecment sistemlərinin üzrə tətbiqini genişləndirdi və taxtabənd işlərini də tətbiq sahəsinə daxil edərək sertifikatlaşdırmasına nail oldu.
2023-cü ilin iyul ayında şirkət əsas fəaliyyət sahəsinə daxil olan xidmətlər (avadanlıqların və texnikaların icarəsi; səthlərin sənaye üsulu ilə təmizlənməsi; boya örtüklərinin çəkilməsi; soyuq və isti izolyasiyası işləri və taxtabənd işləri) üzrə Keyfiyyət/Ətraf mühüt/Sağlamlığın qorunması və Əməyin təhlükəsizliyi menecment sistemlərinin ISO 9001:2015; ISO 14001:2015 ;ISO 45001:2018 beynəlxalq sertifikatlaşdırma orqanı tərəfindən təkrar sertifikatlaşdırılması həyata keçirilmiş və sertifikatlara layiq görülüb.