Tariximiz

Azərbaycanın Bakı şəhərində qeydiyyatdan keçmiş " Baku Oil Services " MMC 2005-ci ilin ortalarında təsis edilmişdir.

Şirkət MDB regionunda neft-qaz sənayesi ilə bağlı müxtəlif obyektlərdə isti və soyuq izolyasiya, rəngləmə, qumlama və korroziyaya qarşı örtüklərin çəkilməsi işlərin ilə başmayaraq, müxtəlif layihələrin icrası üzrə direktorlarımız və texniki heyətimiz tərəfindən toplanmış çox illik zəngin təcrübəyə malikdir.

Bizim bütün mütəxəssislərimiz-əməliyyatçılarımız öz sahələrində ixtisaslaşmış və sənaye standartlarına cavab vermək üçün təhlükəsizlikləri üzrə məlumatlandırılması yüksəkdir.

Məqsədimiz həmişə təhlükəsiz, minimal dayanma ilə işləmək və gördüyümüz hər işin ən yüksək keyfiyyət standartlarını təmin etmək idi.

Biz həmişə işçi qüvvəsinin milliləşdirilməsinə önəm vermişik və fəxr edirik ki, bütün sahələrdə azərbaycanlı mütəxəssislər çox yüksək faiz təşkil edir.

Şəhərdən uzaq olmayan, cəmi 10 km məsafədə, hazırda Bakı şəhərində hazırda həyata keçirilən, neft və qazla bağlı bütün əsas layihələrin aparıldığı obyektlərə aparan əsas magistralda yerləşərək, istər onların şəhər mərkəzindəki ofislərinə, istərsə də Salyan şossesi boyunca yerləşmiş anbarlarına, meydançalarına və sahələrinə yaxınlığı nəzərindən, müştərilərimizin ehtiyaclarını tez və səmərəli şəkildə qarşılamağa imkan verən strateji mövqe tuturuq.

Biz əsasən anbarlarımızın, körpülü kranla təchiz edilmiş emalatxana və tam təchiz olunmuş təlim otaqlarının, maşınlar, avadanlıqlar və ofis otaqları olan təlim mərkəzinin tikintisinə sərmayə qoymuşuq. Bu obyektlər, asan istismar, əl çatan olmağı təmin etməklə, yalnız əməkdaşlarımışın və əməliyyatçılarımızın rifahı üçün deyil, həm də ətraf ərazinin estetik baxımı tələblərinə və bizim daima ekoloji cəhətdən təmiz olmaq istəyimizə uyğun olaraq tikilmişdir.